Maliyyə Nazirliyi borclanmanı kəskin azaldıb

   Maliyyə Nazirliyi borclanmanı kəskin azaldıb
  04 May 2022    Oxunub:901
Azərbaycanın Maliyyə Nazirliyi 2022-ci ilin ilk 4 ayında dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 413 milyon 122 min 563 manat cəlb edib.
AzVision.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə cəlb edilən vəsait 222 milyon 308 min 357 manat və ya 35% azalıb. Maliyyə Nazirliyi 2021-ci ilin yanvar-aprel dövründə dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 635 milyon 430 min 920 manat cəlb etmişdi.

Qeyd edək ki, dövlət istiqrazları üzrə təkrar bazarın həcmi 382 milyon 636 min 773 manatdan 203 milyon 124 min manata geriləyib.

AzVision.az


Teqlər: Maliyyə   Fond  





Xəbər lenti