"ABŞ-ın dollar qılıncı kütləşir" - Məşhur iqtisadçı

"Bir çox ölkələr dolları etibarsız valyuta saymağa başlayıblar"

 "ABŞ-ın dollar qılıncı kütləşir" -  Məşhur iqtisadçı
  05 May 2022    Oxunub:1964
"Son zamanlar ABŞ dollardan digər ölkələrə qarşı iqtisadi təzyiq silahı kimi istifadə edir ki, bu da Vaşinqtona gələcəkdə problemlər yarada bilər". Bu fikri iqtisadçı Marks Fridrix "Deutsche Wirtschafts Nachrichten" nəşrində dərc edilən məqaləsində yazıb.
AzVision.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, uzunmüddətli perspektivdə bu cür siyasət dolların dünyanın ehtiyat valyutası rolunu sarsıdacaq və bu, bütün Qərb maliyyə sisteminin çökməsinə səbəb olacaq.

Ekspert bildirib ki, Ukrayna böhranı dünyanı iki yerə bölüb - ABŞ və müttəfiqləri Rusiyaya qarşı sanksiya tətbiq etməklə rəsmi Moskvya təzyiq göstərməyə çalışır, Çin, Hindistan və bir sıra digər ölkələr, o cümlədən Yaxın Şərq isə məhdudiyyətləri dəstəkləmir. Onun sözlərinə görə, bir çox ölkələr dolları etibarsız valyuta saydıqları üçün əməliyyatlarda daha az istifadə etməyə başlayır. Pekin, Dehli və Moskva artıq uzun müddətdir milli valyutalarla ticarət aparırlar.

"Bəzi ölkələr ABŞ-ın Rusiyanın dollarla olan aktivlərini necə dondurduğunu, öz valyutasından silah kimi istifadə etdiyini gördükləri üçün dollardan uzaqlaşır. Lakin ABŞ dollardan nə qədər çox qılınc istifadə etsə, bir o qədər kütləşəcək", - Fridrix yazıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Dollar  





Xəbər lenti