Neft qiymətləri artmaqda davam edir

   Neft qiymətləri artmaqda davam edir
  05 May 2022    Oxunub:1196
Dünya bazarında neftin qiyməti artmaqda davam edir, investorlar Avropa İttifaqı ölkələrinin Rusiya neftindən tamamilə imtina etmə ehtimalını qiymətləndirirlər.
AzVision.az xəbər verir ki, bu gün keçirilən hərraclarda “Brent” markalı neftin iyul fyüçersləri 0,91 faiz bahalaşaraq 111,14 dollardan, “WTI” markalı neftin iyun fyüçersləri də 0,66 faiz bahalaşaraq 108,52 dollardan satılıb.

Bir gün əvvəl ABŞ-da ehtiyatlarının gözlənilməz azalması ilə bağlı məlumatların açıqlanması fonunda neftin qiymətlərində sıçrayış baş verib. Aprelin 29-da başa çatan həftədə ölkədəki kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) 1,3 milyon barel və ya 0,3% artaraq 415,7 milyon barelə çatıb. Eyni zamanda, analitiklər, əksinə, 0,8 milyon barel azalma gözləyirdilər.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti