Azərbaycan OPEC-in qərarını dəstəklədi

   Azərbaycan OPEC-in qərarını dəstəklədi
  05 May 2022    Oxunub:819
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
Energetika Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, iyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barel artırılaraq 695 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 23 min barel həcmində olması nəzərdə tutulur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilmiş qərarına əsasən gündəlik xam neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə artımı 2022-ci ilin may ayından tətbiq edilir.

AzVision.az



Teqlər: OPEC  





Xəbər lenti