Pirallahıda 3 küçə təmir edilib

Pirallahıda 3 küçə təmir edilib
  06 May 2022    Oxunub:863
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Pirallahı rayonunda ümumi uzunluğu 4,6 kilometr olan 3 küçəni təmir edib.
AzVision.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Məlumata görə, təmir işləri rayonun Kamil Rzayev (2,26 kilometr), Yavər Əliyev (1,76 kilometr) küçələri və 39-cu məhəllənin yollarında aparılıb. Təmir işlərinin aparıldığı ərazinin sahəsi 27,600 kvadratmetr təşkil edib.

AzVision.az



Teqlər: Prallahı  





Xəbər lenti