Ukraynadakı hadisələr Nigeriya şirkətlərinə də təsir etdi

   Ukraynadakı hadisələr Nigeriya şirkətlərinə də təsir etdi
  07 May 2022    Oxunub:814
Nigeriyadakı sənaye şirkətləri Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar böhran təhlükəsi ilə üz-üzədir.
AzVision.az xəbər verirki, bu barədə Bloomberg Nigeriya İstehsalçılar Assosiasiyasının məlumatlarına istinadən məlumat yayıb. Qeyd olunub ki, dizel yanacağı, buğda və digər idxal olunan məhsulların bahalaşması, həmçinin inflyasiyanın artması ölkə istehsalına ziyan vurub. Məsələn, Nigeriya istehsalçılarının istifadə etdiyi dizel yanacağının qiyməti iki dəfə artıb.

Un dəyirmanları və digər qida sənayesi üçün əsas xammal olan buğda da kəskin bahalaşıb. Nigeriya şirkətləri Ukrayna ilə bağlı böhran uzanarsa və təchizat zəncirlərində fasilələr davam edərsə, inflyasiyanın (martda 15,9%-ə qədər yüksəlib) daha da artacağından qorxurlar.

Ölkənin ən böyük sement şirkəti Dangote Cement Plc, 2022-ci ilin birinci rübündə satışların 3,6% azaldığını bildirib və hökuməti gözlənilən böhranın qarşısını almaq üçün milli strateji cavab planı hazırlamağa çağırıb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Nigeriya  





Xəbər lenti