Bioloqlar aspirinin xərçəng riskini azaltdığını sübut ediblər

Bioloqlar aspirinin xərçəng riskini azaltdığını sübut ediblər
  29 İyul 2022    Oxunub:2296
Aspirin dərmanı xərçəng xəstəliyi riskini azaldır. AzVision.az xəbər verir ki, belə bir qənaətə Yuta Universitetinin bioloqlar və həkimlər qrupu apardıqları araşdırmalardan sonra gəliblər.
Onlar sübut ediblər ki, gündəlik aspirin qəbulu yumurtalıq şişinin inkişafına genetik meyli olan qadınlarda bu xərçəngin inkişaf riskini azaldır. Araşdırma "Journal of Clinical Oncology" də dərc olunub.

Qeyd -edək ki, son illərdə ucuz aspirinlərdən bir çox qeyri-standart istifadənin olması aşkar edilib. Həkimlər bəzən ürək problemlərinin qarşısını almaq üçün onu aşağı dozalarda təyin edirlər. Çünki o, qanda trombositlərin bir-birinə yığılmasına mane olur. Aspirinin aşağı dozaları bağırsaq xərçəngi riskini də əhəmiyyətli dərəcədə azaldır. Ancaq qəbul etməzdən əvvəl ilk növbədə həkiminizlə məsləhətləşməlisiniz.
Tural Tağıyev
AzVision.az



Teqlər: Xərçəng  





Xəbər lenti