Xalası qızı 8 yaşlı uşağı bıçaqladı
Hadisə nəticəsində ağır yaralanan Həsən Vəliyev xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törətmiş Nərminə Şıxıyeva yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Araşdırmalar zamanı məlum olub ki, gənc qadın xalası oğlunu intiqam məqsədilə vurub.
Belə ki, bir müddət əvvəl Nərminə Şıxıyeva digər xalasının oğlu tərəfindən qaçırılıb. Onların yerini bilən Həsən Vəliyevin anası bu barədə polisə məlumat verib. Polis də, Nərminəni qaçıran oğlanı yaxalayıb.
Bundan əsəbləşən Nərminə Şıxıyeva xalasının evinə gələrək onunla dalaşıb. Bu zaman Həsən Vəliyev qapıya çıxıb. Nərminə də Həsəni götürüb və çay kənarına aparıb. Burada uşağı bıçaqlamağa başlayıb.
Anspressin məlumatına görə, faktla bağlı Masallı rayon cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Teqlər: