Ukraynada azərbaycanlılar kanal açdı

Ukraynada azərbaycanlılar kanal açdı
  10 İyun 2014    Oxunub:1064
Ukraynada azərbaycanlıların televiziya kanalı açılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən xəbərə görə, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” tərəfindən təsis olunmuş “Diaspora TV”-nin məqsədi Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyini dünya ictimaiyyətinə təqdim etməkdir.

“Diaspora TV” internet üzərindən yayımlanacaq.

Sutkada 18 saat efirdə olacaq “Diaspora TV”-nin xəbərlər buraxılışı hər 3 saatdan bir canlı yayımlanacaq və Ukrayna Ali Məktəblərinin jurnalistika fakültələrində təhsil alan gənc jurnalistlər tərəfindən hazırlanacaq.

Kanalın xəbərlər xidməti CNN, Reuters və BBC şirkətləri ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutub.

“Diaspora TV”nin digər verilişləri isə Azərbaycanın sosial, siyasi və mədəni həyatını əks etdirən çoxsaylı müəllif proqramları, müxtəlif tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramlardan ibarət olacaq.

Verilişlərin Azərbaycan, rus, ukrayn, ingilis və digər dillərdə yayımlanması nəzərdə tutulub. “Diaspora TV” Ukrayna, Rusiya və xarici aparıcı distribütor şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır.


Teqlər:  





Xəbər lenti