İranda Xəzər danışıqları başlayır

İranda Xəzər danışıqları başlayır
  10 İyun 2014    Oxunub:996
İranın Ramsar şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası keçiriləcək.
Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, cari ilin 11-12 iyun tarixlərində İranın Ramsar şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti 37-ci iclası keçiriləcək.

İclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.


Teqlər:





Xəbər lenti