Rauf Mirqədirov bəyanat yaydı

Rauf Mirqədirov bəyanat yaydı
  10 İyun 2014    Oxunub:1041
“Ayna-Zerkalo” qəzetinin həbsdə olan əməkdaşı, jurnalist Rauf Mirqədirov bəyanat yayıb.
AzVision.az xəbər verir ki, bu barədə Mirqədirovun vəkili Elmar Süleymanov bildirib.

Bəyanatda deyilir:

“Məni Türkiyə Cümhuriyyəti ərazisində vəkil xidmətlərindən istifadə hüququndan məhrum edən qərar Avropa Şurasının coğrafi məkanında görünməmiş bir hadisədir. Nəzərinizə çatdırmaq istərdim ki, prokurorluq və mənim məhkəmə iclasında iştirakımı təmin etməkdən boyun qaçıran hakim bu qərarı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədarətinin və prezident İlham Əliyevin Strasburqa Avropa Şurası PA-nın növbəti sessiyasında iştirak etmək üçün səfəri ərəfəsində verilmişdir. Düşünürəm ki, prokurorluğun və hakimin bu qərarı və hərəkətləri Azərbaycanın milli dövlət maraqları baxımından araşdırılmalı və layiqincə dəyərləndirilməlidir”.

Xatırladaq ki, Rauf Mirqədirov dövlətə xəyanətdə təqsirli bilinərək həbs edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti