Asim Mollazadə yenə deputat olmaq istəyir? – Müsahibə

-Asim bəy, Azərbaycanda seçkidən sonrakı ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiz? Siyasi proseslər nə vəd edir?
-Seçkidən sonra heç bir yenilik yoxdur. Hazırda siyasi həyatda bələdiyyə seçkiləri var. Sadəcə bələdiyyə seçkilərinə hazırlıq var. Ümumiyyətlə, bələdiyyə seçkiləri Azərbaycan siyasi həyatında çox da əhəmiyyətli hesab olunmur. Hər zaman siyasi aktivlik seçki prosesi ilə bağlı olur. Bu ilin ən mühüm siyasi hadisəsi də bələdiyyə seçkiləridir.
- Partiyanın bələdiyyə seçkilərində iştirak edəcək?
-Bəli, mütləq iştirak edəcəyik.
- Asim bəy, sizin rəhbəri olduğunuz partiya müxalifyönlü olsa da nədənsə siyasi proseslərdə aktiv iştirak etmir. Daha doğrusu siyasi proseslərdən kənar qalırsınız. Bu nə ilə bağlıdır?
-Biz də bütün proseslərdə iştirak edirik. Hansısa başqa partiyaların bizdən artıq, ciddi fəallığını görmürəm.
- İstərdik müxalifətin seçkidəki iştirakına münasibət bildirəsiniz. Milli Şura sizcə, nə dərəcə əhəmiyyətli format idi? Buna lüzum vardımı?
- Milli Şuraya gəlincə, Azərbaycanda bu formada da siyasi fəaliyyət var. Hazırda bizim siyasi fəaliyyətimiz əsasən təşkilatlanma, bölgə təşkilatları ilə birgə bələdiyyə seçkilərinə hazırlıqdır.
-Yeri gəlmişkən, Milli Şuranın müxalifət üçün əhəmiyyəti nə oldu?
-Heç bir siyasi təşkilatın, partiyanın fəaliyyətinə qiymət vermək istəmirəm. Bu qiyməti seçkidə xalq özü verməlidir.
- Bəs qarşıdan gələn parlament seçkilərinə necə, hazırlaşırsız?
Deputatlığa namizəd olacaqsızmı?
-Bunu gələn il parlament seçkilərinə hazırlaşanda müzakirə edib, bu barədə qərar verəcəyik. Hələ ki, dəqiq qərar yoxdur. Hazırda gündəmdə bələdiyyə seçkiləridir.
- Asim bəy, son günlərin ən çox müzakirə olunan mövzularından biri də Putinin qurmağa çalışdığı “yeni SSRİ”i layihəsidir. Necə düşünürsüz, Azərbaycan bu birliyə qoşulmalıdırmı? Əgər qoşulmasaq bu, Azərbaycan və region üçün hər hansısa təhlükəsi ola bilərmi?
-Azərbaycan öz müstəqilliyinə təhlükə yaradan hər hansısa quruma qoşulmaq fikrində deyil. Azərbaycan öz xarici siyasətində bütün ölkələrlə ikitərəfkli münasibətləri prioritet hesab edir. Bölgədəki proseslərə gəlincə isə, ümidvaram ki, hər hansısa mənfi təsiri olmayacaq.
Fatimə Kərimli