Həbsxanada növbəti qanunsuzluq

Həbsxanada növbəti qanunsuzluq
  10 İyun 2014    Oxunub:1023
Bakı İstintaq təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Oqtay Qabil oğlu Zəkiyevə nişanlısı Şöhlə Saleh qızı Həsənlinin gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı sovqatın içərisində olan üz kreminin içərisinə xüsusi üsulla yerləşdirilmiş daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və ona məxsus 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, O.Zəkiyev Cinayət Məcəlləsinin 317-2.1; 120.2.1; 120.2.4 və 120.2.5-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti