Braziliyaya hansı klub daha çox futbolçu göndərir? - SİYAHI

Braziliyaya hansı klub daha çox futbolçu göndərir? - SİYAHI
  11 İyun 2014    Oxunub:975
Braziliyada keçiriləcək dünya çempionatına ən çox futbolçu göndərən klubların siyahısı müəyyənləşib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu il çempionata ən çox futbolçunu Almaniyanın "Bavariya" klubu göndərir.

Münhen klubu isə 15 futbolçu ilə təmsil olunacaq. İngiltərənin "Mançester Yunayted" klubu 14 futbolçu ilə ikinci, "Barselona" (İspaniya) və "Çelsi" (İngiltərə) komandaları isə 13 oyunçu ilə üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, dünya çempionatında iştirak edəcək 736 futbolçudan 114-ü İngiltərə Premyer Liqası, 81-i Almaniya Bundesliqası, 78 oyunçu isə İtaliya A seriyasında forma geyinir.


Teqlər:





Xəbər lenti