İcra hakimiyyətləri səfərbər edildi - ÖZƏL

AzVision.az adıçəkilən rayonların hazırkı durumunu öyrənmək üçün rayon icra hakimiyyətləri ilə əlaqə saxlayıb.
Məlum olub ki, Tovuz rayonunda hadisənin fəsadlarını aradan qaldırmaq üçün xüsusi komissiya yaradılıb.
Tovuzun icra başçısının müavini Fuad Zeynalov AzVision.az-a bildirib ki, bu gün zərər dəyən yerlərə komissiya göndərilib:
“Bu gün komissiya göndərmişik. Nəticəsi bilinəndən sonra mətbuata açıqlama veriləcək. Hələ ziyanlar barəsində dəqiq heçnə deyə bilmərəm. İnsan tələfatı, xəsarət alan yoxdur, ilkin məlumatlara görə, sahibkarlara ziyan dəyib, amma bu da hələ təsdiqini tapmayıb”.
Gədəbəy Rayonunda isə vəziyyət qənaətbəxşdir. Bu barədə Gədəbəy Rayon İcra Başçısının birinci müavini Qüdrət Paşayev saytımıza bildirib. Onun sözlərinə görə, rayona elə bir ciddi ziyan dəyməyib: “Biz hər hansı bir komisiya göndərməmişik. Çünki yerli icra nümayəndələrindən ziyanla bağlı bizə hələ ki, heç bir məlumat daxil olmayıb. Evlərə ziyan dəyməyib, insan tələfatı yoxdur. Sadəcə ağaclar qırılıb. Bu da ki ciddi ziyan hesab olunmur.”
Daşkəsən Rayon İcra Hakimiyyətində hazırda iclas keçirilir. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, quruma dünənki hadisə ilə bağlı xeyli sayda müraciətlər daxil olub. Hazırda həmin müraciətlərə baxılır.
Nihadə Eyyubova