“Dünya çox ədalətsiz və qəddardır” – Novruz Məmmədov

Bunu Azərbaycan Prezidenti Adminstrasiyası rəhbərinin müavini, PA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Səs" qəzetində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən "dəyirmi masa"da bildirib.
Xüsusilə müsəlman ölkələrində baş verən proseslərə diqqət yetirməyə çağıran PA rəsmisi Qərb dövlətlərini müsbət nümunə göstərə bilməməkdə ittiham edib: "Xüsusilə fikir verin ki, müsəlman ölkələrində, onlarla ölkələrdə nə baş verdiyi bilinmir. Açırsan televiziyanı, mətbuatı, görürsən ki, haradasa iki-üç partlayış olub, 20, 30, 40 nəfər həlak olub. Hər yerdə müharibə gedir, hər yerdə gərginlikdir. Qərb indiyədək elə bir addım atmayıb ki, bizim üçün, başqaları üçün nümunə olsun".
Onun fikrincə, bu gün dünyada beynəlxalq münasibətlərdə ədalət deyilən şey yoxdur: "Bütün dövlətlər yalnız özlərinin maraqlarını təmin etmək üçün bütün vasitələrdən istifadə edirlər. Ədalət sözdə, bəyanatda deyilir, müəyyən çıxışlarda deyirlər. İnsan hüquqları və demokratiyanı siyasiləşdirib bundan istifadə edirlər. Bundan əlavə, bütün başqa üsullardan da istifadə edirlər. Liviya ilə bağlı məsələ qalxanda heç kimdən icazə almadan, heç bir yerdə də qərar qəbul etmədən 2 saatın içində təyyarələr qalxdı və ora hücum etdi. Eləcə də başqa ölkələrdə də buna oxşar hallar olub".
Teqlər: