HƏMAS atəşkəs təklifini aldığını təkzib edib

   HƏMAS atəşkəs təklifini aldığını təkzib edib
  13 Mart 2024    Oxunub:924
Fələstinin radikal HƏMAS hərəkatı martın 12-də Əl-Ərəbiyyə televiziyasının Qəzza zolağında atəşkəs təklifi ilə razılaşdığına dair yayılan məlumatı təkzib edib.
AzVision.az xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın teleqram kanalında dərc olunub. “Əl-Ərəbiyyə telekanalının HƏMAS-ın Qəzza zolağında davamlı atəşkəsin tətbiqi, məcburi köçkünlərin tədricən geri qaytarılmasını özündə ehtiva edən beynəlxalq təklif aldığı və razılaşmanın təfərrüatlarını müzakirə etmək üçün nümayəndə heyətini Qahirəyə göndərilməsi barədə məlumatı doğru deyil”, - hərəkatın bəyanatında deyilir.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə daxil olmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və mülki şəxslərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail anklava, Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb.

Ötən il dekabrın 1-də İsrail ordusu HƏMAS-ı noyabrın 24-dən qüvvədə olan atəşkəs rejimini pozmaqda ittiham edib və Qəzzada hərbi əməliyyatlara davam edəcəyini bəyan edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti