Pekin Tayvan ssenarisində müharibəni istisna etmir

   Pekin Tayvan ssenarisində müharibəni istisna etmir
  13 Mart 2024    Oxunub:810
Pekin Tayvanla sülh yolu ilə birləşməyi ən yaxşı variant hesab edir, lakin güc tətbiqi ilə bağlı ssenarini də istisna etmir.
AzVision.az xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Çin Xalq Respublikasının Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin nümayəndəsi Çen Binxua bildirib. Onun sözlərinə görə, Pekinin Tayvan probleminin həlli üçün əsas siyasəti sülh yolu ilə birləşmə və “bir ölkə, iki sistem” prinsipidir.

“Bu, Tayvanla birləşməyə nail olmağın ən yaxşı yoludur. Lakin biz heç bir halda güc tətbiqindən imtina edəcəyimizə söz vermirik və bütün lazımi tədbirləri görmək imkanını özündə saxlayırıq”.

Onun sözlərinə görə, Pekinin yanaşması xarici qüvvələrin və çox az sayda “Tayvan separatçılarının” müdaxiləsinə qarşı yönəlib:

“Tayvan boğazında hazırkı vəziyyət mürəkkəb və ciddidir. Pekinin istənilən formada separatçı planların qarşısını almaq və ölkənin suverenliyini qorumaq üçün güclü iradə və kifayət qədər imkanları var”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti