Fransa terrorizmlə mübarizədə Rusiyaya əməkdaşlıq təklif etdi
Bundan əvvəl o, “Crocus City Hall”da baş vermiş terror aktı fonunda Rusiyanın islamçılar tərəfindən hücuma məruz qaldığını və təşkilatın arxasında duran qruplaşmanın Fransada analoji aksiyalar keçirməyə çalışdığını bildirmişdi.
Qeyd edək ki, Moskva vilayətində baş verən terror aktından sonra Fransanın baş naziri Qabriel Attal ölkədə terror təhlükəsi səviyyəsinin maksimuma yüksəldiyini açıqlayıb. “The New York Times” terrorizmlə mübarizədə iştirak edən BMT rəsmilərinə istinadən yazır ki, Qərb ölkələri Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilən terror aktından sonra Parisdə Olimpiada zamanı terror aktlarından ehtiyat edir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: