Mirzoyevin arvadı terrordan dərhal sonra reanimasiyaya yerləşdirilib

 Mirzoyevin arvadı terrordan dərhal sonra  reanimasiyaya yerləşdirilib
  01 Aprel 2024    Oxunub:2311
"Crocus City Hall"da terror aktı törətməkdə təqsirləndirilən Dalerjon Mirzoyevin həyat yoldaşı hadisədən xəbər tutan kimi xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediasına onun valideynlərinin qonşusu məlumat verib.

Qeyd edilir ki, qadın terror aktı xəbərini eşidən zaman qəfl huşunu itirib və hələ də xəstəxananın reanimasiyasında yatır.

Rusiya məhkəməsi Mirzoyevi həbs edib. O, günahkar olduğunu gizlətməyib.

Xatırladaq ki, martın 22-də Moskvada dörd silahlı şəxs “Piknik” qrupunun konsertindən əvvəl dəhşətli terror aktı törədiblər. Onlar “Krokus”un binasına soxularaq qarşılarına çıxan hər kəsə atəş açdıqdan sonra binanı yandırıblar. Terrorçular avtomobillə qaçsalar da Bryansk vilayətində saxlanılıblar. Faciəvi hadisə nəticəsində 140-dan çox insan həlak olub, 360 nəfər yaralanıb. 90-dan çox insan isə itkin düşmüş hesab olunur.

Aytən Zəhra
AzVision.az



Teqlər: Terror  





Xəbər lenti