"Türkiyədə bələdiyyə seçkilərində iştirak sayı 78,11 faiz olub"

   "Türkiyədə bələdiyyə seçkilərində iştirak sayı 78,11 faiz olub"
  01 Aprel 2024    Oxunub:1047
Türkiyədə Böyük şəhər bələdiyyə sədri seçkilərində iştirak sayı 78,11 faiz olub.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener deyib.

Onun sözlərinə görə, Yerli İdarəetmə Ümumi Seçkilərində 34 siyasi partiya iştirak edib. "Qeyri-müəyyən nəticələrə görə, böyük şəhər meriyası üçün açılan seçki qutularının sayı 99,99 faiz, Böyükşəhər bələdiyyə sədri seçkilərində iştirak sayı isə 78,11 faiz olub.

Bələdiyyə sədri seçkiləri üçün açılan sandıq sayı 99,95 faiz, iştirak sayı isə 78,7 faiz olub. Bələdiyyə məclisi üçün açılan seçki qutularının sayı 99,93 faiz, iştirak sayı isə 78,5 faiz təşkil edib.

Qəti olmayan nəticələrə görə, Türkiyə daxilində Cümhuriyyət Xalq Partiyası (CHP) 35, Ədalət və İnkişaf Partiyası (AKP) 24, Xalq Bərabərlik və Demokratiya Partiyası 10, Milliyyətçi Hərəkat Partiyası 8, Yenidən Rifah Partiyası 2, Böyük Birlik Partiyası 1, Yaxşı Partiya isə 1 yerlə qalib gəlib

30 böyük şəhər bələdiyyə sədri seçkilərində Cümhuriyyət Xalq Partiyasından 14 bələdiyyə, Ədalət və İnkişaf Partiyasından 12, Xalq Bərabərlik və Demokratiya Partiyasından 3, Yenidən Rifah Partiyasından 1 bələdiyyə sədri olub".

A.Yener qeyd edib ki, bəzi hadisılıri çıxmaq şərtilə seçkilər sülh və əmin-amanlıq şəraitində keçirilib və yekunlaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti