Terrorçular siyasətçinin evində gizləniblərmiş -VİDEO

 Terrorçular siyasətçinin evində gizləniblərmiş    -VİDEO
  01 Aprel 2024    Oxunub:958
Mahaçqalada terror aktına hazırlaşarkən saxlanılan şəxslər rusiyalı siyasətçilərdən birinin mənzilində gizləniblərmiş.
AzVision.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

Qeyd edilir ki, silahlılar Xasavyurt rayonunun Moksob kəndində deputatlığa namizəd Mikael Əliqadjiyevin mənzilinə sığınıblar. Evə basqın edilib və burada Tacikistandan olan iki qeyri-qanuni miqrant - 36 yaşlı Abduvohid Fayzulloev və 24 yaşlı Rüstəm Saidzadənin gizlənmasi aşkarlanıb. Evdən revolver, “Makarov” tapançası, patronlar və Mədinə Nəzriyevanın adına olan pasport da tapılıb.

Qeyd edək ki, Rusiya xüsusi xidmət orqanları Kaspiyskdə əməliyyat keçiriblər. Yerli media saxlanılan terrorçuların hamısının kirayədə yaşadığını yazıb. “Kommersant” qəzetinin yazdığına görə, saxlanılanlar Mahaçqala və Kaspiyskdə tikinti sahələrində çalışıb, həmçinin kriptovalyuta əməliyyatları ilə məşğul olublar.

AzVision.az



Teqlər: Terrorçu  





Xəbər lenti