Dəməşqə hücum nəticəsində ölən İran rəsmilərinin adları açıqlanıb

   Dəməşqə hücum nəticəsində ölən İran rəsmilərinin adları açıqlanıb
  01 Aprel 2024    Oxunub:1509
Bu gün İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən İran konsulluğunu bombalaması nəticəsində 7 hərbi və mülki nümayəndə həyatını itirib.
AzVision.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Ölən şəxslərin Məhəmməd Rza Zahidi (Livan və Suriyadakı Qüds Qüvvələri birliklərinin komandiri), Sərdar Hacı Rəhimi (Zahidinin müavini), Hüseyn Aman İlahi, Seyid Mehdi Cəlalati, Möhsün Sidaqət, Əliağa Babayi və Seyid Əli Salehi Ruzbəhani olduqları bildirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   SEPAH   Suriya   İsrail  





Xəbər lenti