İngiltərə kralı xərçənglə mübarizəsindən danışdı

İngiltərə kralı xərçənglə mübarizəsindən danışdı
  02 Aprel 2024    Oxunub:1020
İngiltərə kralı III Çarlza xərçəng diaqnozu qoyulandan sonra ilk dəfə olaraq müalicəsi haqqında danışıb.
Bu barədə Just Jared məlumat yayıb.

Qeyd edilir ki, kral Vindzor qəsrindəki Müqəddəs Georgi kapellasında Pasxa mərasimində iştirak edib. 75 yaşlı monarx 76 yaşlı həyat yoldaşı Kraliça Kamilla ilə ictimaiyyət qarşısına çıxıb. Bundan sonra isə internetdə Böyük Britaniya kralının kütləni salamlamasını əks etdirən video yayılıb. Vətəndaşlardan biri III Çarlzın tezliklə sağalmasını arzulayıb. İngiltərə Kralı isə "Mən bacardığım hər şeyi edirəm" cavabını verib.

Xatırladaq ki, fevralın 5-də Bukinqem sarayının mətbuat xidməti Çarlza xərçəng diaqnozu qoyulması barədə məlumat yaymışdı. Monarx ağır xəstəliyə görə müvəqqəti olaraq ictimai vəzifələrini dayandırdı.
AzVision.az



Teqlər: Kral  





Xəbər lenti