Zelenskinin keçmiş müşaviri həbs edildi
“Qrupun fəaliyyəti nəticəsində hərbi vəziyyət dövründə transformatorların alınması zamanı 94,8 milyon qrivna (təxminən 2,5 milyon dollar-red.) mənimsənilib. İstintaq müəyyən edib ki, mütəşəkkil dəstə 2021-ci ildə Ukrayna Dəmir Yoluna aid vəsaitlərə nəzarət etmək məqsədi ilə yaradılıb”, - məlumatda deyilir.
Ukraynanın güc strukturları saxlanılan keçmiş müşavirin adını açıqlamayıb. Ukrayna parlamentinin üzvü Aleksey Qonçarenko isə öz Telegram kanalında həbs olunan şəxsin Artem Şilo olduğunu yazıb.
AzVision.az
Teqlər: Ukrayna