Tayvan Çinin köməyindən imtina edib

Tayvan Çinin köməyindən imtina edib
  03 Aprel 2024    Oxunub:774
Tayvan adasını idarə edənlər Çinin kömək təklifindən imtina edib.
Bu barədə Tayvanın Çin üzrə komitəsinin açıqlamasında vurğulanıb. Məlumata görə, komitə Çinə diqqətinə görə minnətdarlığını ifadə edərək qeyd edib ki, zəlzələdən sonra materikdən köməyə ehtiyac yoxdur.

Bundan əvvəl Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin rəsmi nümayəndəsi Çju Fenlian bildirib ki, Çinin mərkəzi hökuməti vəziyyəti izləyir və adaya kömək göstərməyə hazırdır.

Xatırladaq ki, aprelin 3-də Tayvanın şərq sahillərində baş verən 7,2 maqnitudalı zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti