Fransa, Almaniya və Polşadan Avropaya çağırış: "Hərbi potensialı gücləndirin!"

Fransa, Almaniya və Polşadan Avropaya çağırış:    "Hərbi potensialı gücləndirin!"
  03 Aprel 2024    Oxunub:721
Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri Rusiyadan gələn təhdidləri nəzərə alaraq Avropanı müdafiə qabiliyyətini gücləndirmək üçün bütün hərbi-sənaye potensialından istifadə etməyə çağırıblar.
AzVision.az xəbər verir ki, bu barədə xarici işlər nazirləri- Stefan Sejurne, Annalena Berbok, və Radoslav Sikorskinin “Politico”da dərc olunan birgə məqaləsində yazıblar.

Məqalə əslində NATO-nun 75-ci ildönümünə həsr olunub. Qeyd olunub ki, “Birləşmiş Ştatlar çoxdandır ki, əsas yükü alyansın digər üzvlərindən daha çox öz üzərinə götürüb”. Bununla belə, nazirlər “kollektiv müdafiə bizim ümumi, kollektiv səyimizdir” yazıblar: "Bu baxımdan, biz qlobal və transatlantik təhlükəsizliyə töhfə verən daha güclü və döyüşə hazır Avropa müdafiəsinin vacibliyini bir daha təsdiqləyirik".

Nazirlər ümumi təhlükəsizliyin təmin edilməsində Avropanın məsuliyyətini artırmalı olan üç tədbirin görülməsini təklif ediblər. Birincisi, NATO-nun tələblərinə uyğun olaraq daimi əsasda ÜDM-in 2%-nin müdafiəyə xərclənməsidir. İkincisi, hərbi potensialı modernləşdirmək və hasilatı artırmaq üçün qitənin bütün sənaye potensialından istifadə etməkdir. Üçüncü tədbir isə texnoloji üstünlüyü saxlamaq üçün gələcək texnologiyalara sərmayə qoymaq zərurətidir.

Bundan başqa, hər üç nazir bir daha bəyan edib ki, nə qədər lazım gəlsə, o qədər müddətdə də Ukraynanı dəstəkləyəcəklər.

Tural Tağıyev

AzVision.az



Teqlər: Avropa  





Xəbər lenti