Erməni separatçı qohumunu öldürüb intihar etdi

Erməni separatçı qohumunu öldürüb intihar etdi
  03 Aprel 2024    Oxunub:886
Qarabağ separatçılarının keçmiş qondarma "Milli Təhlükəsizlik Xidməti"nin (MTX) zabiti ağır cinayət törədib.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, aprelin 3-də Tavuş bölgəsində qalmaqallı qətl və intihar hadisəsi baş verib.

"Saat 11:30 radələrində polisə Dilican şəhəri, Maksim Qorki küçəsi 48/5 ünvanında atəş səslərinin eşidilməsi və ərazidə meyitlərin olması barədə məlumat daxil olub. Polis patrulları insident baş verən ərazini, mobil telefonlar və aksesuarlar satılan mağazanı nəzarətə götürüblər. Nəticədə, mağazada bir kişi meyiti və onun da yanında “Makarov” tapançası aşkarlanıb. Bundan başqa, məlum insidentlə bağlı Dilican Tibb Mərkəzindən polisə xəbər daxil olub ki, təcili yardım maşını xəstəxanaya başından güllə yarası almış qadın gətirib. Amma yaralının həyatını xilas etmək mümkün olmayıb", - nəşr yazıb.

Krminal xəbər saytı olan "Shamshiyan" isə hadisə yerinə toplaşan və kamera qarşısında danışmaqdan imtina edən bir neçə vətəndaşın fikrini dərc edib. Belə ki, ölən qadın məlum mağazada işləyirmiş: "Mağazada qadınla bərabər onun Qarabağdan gəlmiş və MTX əməkdaşı olan bacısının əri də var imiş. MTX zabiti qadına yaxınlaşaraq onu ailəsini məhv etməkdə günahlandırıb. Bundan sonra separatçı məmur "Makarov" tapançasını çıxararaq qohumunun başından vurub. Meyitin yanında dayanan qatil intihar edib”.

AzVision.az



Teqlər: Separatçı   İntihar  





Xəbər lenti