Zelenski Karlsonun təkliflərini rədd edib

   Zelenski Karlsonun təkliflərini rədd edib
  04 Aprel 2024    Oxunub:1050
Ukrayna prezidenti Volodimir Zelenski məşhur amerikalı jurnalist və teleaparıcı Taker Karlsonun ondan müsahibə almaq üçün çoxsaylı xahişlərini qəbul etməyib.
AzVision.az xəbər verir ki, Taker Karlson amerikalı konqressmen xanım Marcori Teylor Qrinlə söhbətində bunu etiraf edib.

“Biz Zelenskinin özünə müsahibə barədə çoxsaylı təkliflər göndərdik ki, o, mövqeyini izah edə bilsin. Təbii ki, o, bunlara məhəl qoymadı”, - amerikalı jurnalist deyib.

Taker Karlsonun xahişləri bu ilin feralında Rusiya prezidenti Vladimir Putindən götürdüyü müsahibədən sonraya təsadüf edir.

Müsahibə müharibəsi: Karlson-Putin oyununun pərdəarxası
Beynəlxalq miqyasda geniş rezonans doğuran həmin müsahibə ABŞ-da və onun müttəfiqləri olan ölkələrdə böyük narazılıqla qarşılanmışdı. Bir sıra amerikalı konqresmenlər və siyasətçilər isə o vaxt hətta Taker Karlsonun ölkəyə qayıtmasına qadağa qoyulmasını təklif edirdilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Karlson   Zelenski  





Xəbər lenti