İrəvan Aİİ və KTMT-dən çıxmaq müqabilində yardım aldığını danır

 İrəvan Aİİ və KTMT-dən çıxmaq müqabilində yardım aldığını danır
  04 Aprel 2024    Oxunub:1188
İrəvan Ermənistanın Aİİ və KTMT-dən çıxması müqabilində ABŞ və Aİ-nin maliyyə yardımı barədə məlumatı təsdiqləməsə də, məslənin Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenin aprelin 5-nə planlaşdırılan görüşün gündəmində olacağı istisna edilmir.
AzVision.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan cümə axşamı jurnalistlərə məsələ ilə bağlı sualı cavablandırarkən bildirib ki, ABŞ və Aİ İrəvandan maliyyə yardımı müqabilində Aİİ KTMT -dən çıxmağı tələb etmir.

Kostanyan “Rəsmi olaraq, belə bir tələb qarşımıza qoyulmayıb” desə də, dolayı yolla əslində təklifin olduğunu etiraf etməkdən boyun qaçırıb.



Qeyd edək ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcək.

Elnur Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti