"Rusiya İslam fundamentalistlərinin hədəfi ola bilməz" - Putin

   "Rusiya İslam fundamentalistlərinin hədəfi ola bilməz" -    Putin
  04 Aprel 2024    Oxunub:1061
Rusiya İslam fundamentalistlərinin terror hücumlarının hədəfi ola bilməz. Dinlərarası harmoniya və birliyin, millətlərarası konfessiyaların nadir nümunəsini nümayiş etdirən ölkəmiz var".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O, cəmiyyətin birliyini Rusiyanın uğurunun ən vacib şərti adlandırıb. Prezidentin sözlərinə görə, terror hücumu onu sarsıtmaq məqsədi daşıyıb. Putin həmçinin əlavə edib ki, Rusiya beynəlxalq arenada özünü elə aparır ki, islamçıların “hücum obyekti ola bilməz”.

“Biz elə vəziyyətə düşmüşük ki, xalqı, gələcəyi, suverenliymizi silahlı vasitələrlə müdafiə etməyə məcburuq. Burada bircə əlavə söz yoxdur. Ümumi uğurumuzun ən vacib şərti Rusiya çoxmillətli cəmiyyətin birliyidir. Bu baxımdan, əlbəttə ki, istintaqın indi verdiyi məlumata əsasən, Moskvada qanlı, dəhşətli terror aktını sifariş edənlərin əsas məqsədinin məhz bizim birliyimizi pozmaq olduğuna inanmağa bütün əsaslarımız var”, - deyə prezident bildirib.

Qeyd edək ki, "Crocus City Hall" da terror aktı martın 22-də axşam baş verib. Terror nəticəsində144 nəfər ölüb, 551 nəfər yaralanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti