Kreml Ermənistan-Aİ-ABŞ görüşünə reaksiya verdi

Kreml Ermənistan-Aİ-ABŞ görüşünə reaksiya verdi
  05 Aprel 2024    Oxunub:1294
"Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasında aparılan danışıqların nəticələrini yalnız İrəvanın bu məsələ ilə bağlı rəsmi açıqlamalarından sonra dəyərləndirəcək".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlər üçün keçirilən brifinq zamanı deyib.

“Hələlik biz bu görüşün tam gündəliyini bilmirik. Hərçənd bununla bağlı müəyyən mesajlar var”, - Kreml sözçüsü bildirib.
AzVision.az



Teqlər:





Xəbər lenti