İsrailin zərbəsi nəticəsində Əməl Hərəkatının 3 üzvü ölüb

   İsrailin zərbəsi nəticəsində Əməl Hərəkatının 3 üzvü ölüb
  05 Aprel 2024    Oxunub:1419
İsrail Hərbi Hava Qüvvələri Livanda fəaliyyət göstərən şiə məzhəbli Əməl Hərəkatına məxsus binanı hədəfə alıb.
AzVision.az xəbər verir ki, bu barədə "Hizbullah" terror təşkilatı "Telegram" kanalında bildirib.

Hücum Livanın cənubundakı Mərcəyun qəsəbəsində meydana gəlib. Nəticədə Əməl Hərəkatının 3 üzvü həyatını itirib.

Əməl (ərəbcə "ümid" deməkdir) Hərəkatı keçmişdə silahlı fəaliyyət göstərmiş, "Hizbullah"a yaxınlığı ilə tanınan siyasi partiyadır. 14 üzvü ilə Livan parlamentindəki ən böyük şiə qrupudur. 1980-ci ildən partiyanın rəhbəri vəzifəsində çalışan Nəbih Bərri həmçinin 1992-ci ildən bu yana parlamentin də sədridir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Livan   Əməl-Hərəkatı   Hizbullah   İsrail  





Xəbər lenti