Meksika səfirliyinə basqın olub - Ekvadorla diplomatik əlaqələr kəsildi

 Meksika səfirliyinə basqın olub  - Ekvadorla diplomatik əlaqələr kəsildi
  06 Aprel 2024    Oxunub:1398
Meksika prezidenti Andres Manuel Lopez Obrador xarici işlər naziri Alisiya Barsenaya Ekvadorla diplomatik əlaqələri kəsməyi tapşırıb.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkədə yazıb.

Qərar Cənubi Amerika ölkəsi polisinin Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün Meksika diplomatik missiyasına basqın etdikdən sonra verilib.

Obrador Ekvador polisinin hərəkətlərini “beynəlxalq hüququn və Meksikanın suverenliyinin kobud şəkildə pozulması” adlandırıb.

Həmidə İbrahimova

AzVision.az



Teqlər: Meksika  





Xəbər lenti