Ural çayının səviyyəsi təhlükəli həddə yaxınlaşıb

Ural çayının səviyyəsi təhlükəli həddə yaxınlaşıb
  06 Aprel 2024    Oxunub:1168
Rusiyanın Orenburq vilayətində yerləşən Ural çayında suyun səviyyəsi təhlükəli həddə yaxınlaşıb.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Orenburq vilayətinin Orsk şəhərində bir anda iki yerdə bənd uçub. Yerli sakinlərin dediyinə görə, bir neçə gündür ki, çaydan sızıntı olub.

Orsk şəhərinin meri Vasili Kozupitsa Ural çayında suyun səviyyəsinin 9,27 metr təşkil etdiyi üçün kritik həddə çatdığını bildirib.

Xatırladaq ki, Rusiyanın Orenburq vilayətində daşqınlar nəticəsində 2556 ev su altında qalıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti