UNICEF: "Qəzzada 13 min uşaq qətlə yetirilib"

      UNICEF:    "Qəzzada 13 min uşaq qətlə yetirilib"
  06 Aprel 2024    Oxunub:1305
BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel ötən il oktyabrın 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri Qəzza zolağında 13 mindən artıq uşağın öldürüldüyünü, on minlərlə uşağın isə xəsarət aldığını bildirib.
AzVision.az xəbər verir ki, xanım direktor bu barədə "X" hesabında yazıb.

"Evlər, məktəblər və xəstəxanalar dağılıb. Müəllimlər, həkimlər və humanitar yardım əməkdaşları öldürülüblər. Qıtlıq getdikcə kəskinləşir. Böhranın səviyyəsi və sürəti dəhşət doğurur. Uşaqlara dərhal atəşkəs lazımdır", - o vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: BMT   UNICEF   Qəzza   atəşkəs  





Xəbər lenti