Türkiyədən Rusiyaya mal tədarükü kəskin azalıb

Türkiyədən Rusiyaya mal tədarükü kəskin azalıb
  08 Aprel 2024    Oxunub:829
"Türkiyədən Rusiyaya ixrac 2024-cü ilin birinci rübündə Qərbin sanksiyaları səbəbindən təxminən üçdə bir dəfə azalaraq 2,1 milyard dollara düşüb".
AzVision.az xəbər verir ki, bu barədə "Ekonomim" məlumat yayıb. Məlumata görə, ən kəskin azalma tütün, dəri və zərgərlik sənayesində baş verib. Ümumilikdə bu, Türkiyənin əksər sənaye sahələrinə təsir edib.

Qeyd olunur ki, Rusiya ilə yanaşı, Türkiyədən tədarükün azalması MDB ölkələrindən də yan keçməyib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti