Qərb niyə İrəvanda korrupsiya və mafiya hakimiyyətini təşviq edir?

   Qərb niyə İrəvanda    korrupsiya və mafiya hakimiyyətini    təşviq edir?
  08 Aprel 2024    Oxunub:1389
Ermənistanın müxalifətə bağlı olan saytları İrəvanın Qərbə doğru istiqamətlənməsini sərt şəkildə tənqid edirlər. Məsələn "Jam" saytında Ermənistan-Avropa İttifaqı-ABŞ üçtərəfli görüşü baradə maraqlı təhlil yazısı dərc olunub.
Analitik Koryun Manukyan yazıb ki, Avropa İttifaqı(Aİ) ilə ABŞ-nin Ermənistanın 2018-ci ildən bəri demokratiya və insan haqları sahəsində apardığı "islahatlar", korrupsiyaya qarşı mübarizəyə dair əldə etdiyi "əhəmiyyətli irəliləyişi" yüksək qiymətləndirməsi xeyli absurd görünür. Müəllif ABŞ və Aİ-nin Ermənistanda demokratiya və qanunun aliliyini gücləndirməyə köklənmiş tərəfdaşlıq və dəstəyin davam etdirilməsinə sadiq olmaları ilə bağlı bəyanatının onların öz maraqlarından irəli gəldiyini iddia edib.

Erməni deputat İrəvan-Aİ-ABŞ görüşünü "bataqlığa sürüklənmək" adlandırdı
"Bu sadiqlik, Paşinyan, Ursula fon der Layen və Antoni Blinkenin birgə bəyanatında öz əksini tapdı. Məlum bəyanatda başqa diqqət çəkən fikirlər də var idi. Əgər bəyantda yer alan fikirləri ümumiləşdirib xalq dilində təqdim etsək, onda belə qənaətə gələrik: Qərb bundan sonra Nikol Paşinyanın yırtıcı, antidemokrat, populist hakimiyyətinin əməllərinə göz yumacaq. Ona görə ki, Paşinyan Ermənistanı Rusiya əleyhinə olan ölkəyə çevirməyə razı olub. Üstəlik, bu gün İrəvanda baş verən qanunsuzluqlar Qərbin təhriki və ya üstüörtülü razılığı ilə reallaşır".

Manukyan gileylənərək yazır ki, "Qərb bir daha ikili standartlarla hərəkət etdiyini nümayiş etdirdi".

- Əgər məhkəmələrə olan təzyiqlər, açıq şəkildə aparılan talan siyasəti, “bir pəncərə” prinsipinə əsaslanan korrupsiya, müxalifət partiyalarının təqibi, dövlət idarəetmə sistemində “qardaş-tanış-dost” mexanizmindən fəal istifadə, demokratik normaların repressiyası Qərb tərəfindən müsbət qiymətləndirilirsə, bu o deməkdir ki, bu qütb ölkəmizdə demokratik dəyərlərin yayılmasında maraqlı deyil. Necə ki, dünyanın müxtəlif reqressiv, diktator ölkələrində baş verənlər Qərbi maraqlandırmır, eynilə də İrəvana bu cür yanaşılır.
Bu gün ümumbəşəri dəyərlərin ölkəmizdə yayılması Ermənistan Respublikasının vətəndaşları üçün də maraqlı olmalıdır. Bu dəyərlərin yayılması, geosiyasi vektor seçmək anlamına gəlməməlidir. Bunlar fərqli şeylərdir, - o qeyd edib.

Məqalədə o da vurğulanır ki, Qərbi erməni xalqının güzəranı deyil, Rusiyaya qarşı ikinci cəbhə açmaq və Ermənistanı ikinci Ukraynaya çevirmək maraqlandırır: "Onlar bu prosesə “Avropaya inteqrasiya” adı qoyublar. Amma bu, ən böyük blefdir. Ermənistanın bu cür “Avropa inteqrasiyası” ölkənin başqa qüvvələrin tabeliyinə keçməsi və məhv olması deməkdir. Nikol Paşinyan öz maraqlarını və talançılıq siyasətini qoruması müqabilində məhz buna razılıq verib. Məhz bu səbəbdən bu gün Qərbdə onu alqışlayırlar. Ermənistanın məhv olmasının dəyəri cəmi 270 milyon avrodur. (Aİ-nin ayıracağı yardımı nəzərdə tutur-red.) Hələ bir ABŞ da deyib ki, əgər siz bizim üçün günah keçisi olmaq qərarına gəlsəniz, daha 65 milyon yardım alacaqsınız. Bu ağır cinayətlərə görə Nikola nələrin vəd edilməsi barədə isə məlumat verilmir".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qərb   Ermənistan   Təhlil   Demokratiya  





Xəbər lenti