"Bizim xalq yiyəsizdir" - Erməni politoloq

"Bizim xalq yiyəsizdir"    - Erməni politoloq
  09 Aprel 2024    Oxunub:927
Erməni politoloq, “Alternativ layihələr” qrupunun üzvü Vahe Hovannisyan ölkəsinin düşdüyü ağır durumla bağlı maraqlı fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, o, "Mamul" nəşrinə açıqlamasında iddia ki, artıq erməni cəmiyyətinin böyük bir qismi monstra çevrilmiş hakimiyyətə qarşıdır.

"Rus boyunduruğundan qurtulsaq, dövlətçiliyimizi itirəcəyik" - Erməni politoloq
- Dövlətimiz böyük bir üzgüçülük yolundadır. Təsəvvür edin ki, İrəvan müstəqil şəkildə açıq dənizin dərinliklərinə doğru irəliləyir. Nə lövbəri var, nə də sahil görünmür. Heç hansısa bir xilasedici də onun köməyinə gəlmir. Hökumət monstra çevrilir və onlar bunun fəlakətə səbəb olduğunu bilir, xalqı isə soyuqqanlılıqla aldadırlar. Xarici işlər naziri deyir ki, "Biz Azərbaycanla bir çox məsələlərdə ortaq dil tapmışıq. Lakin Bakı ilə iki mühüm məqamda razılaşa bilmirik. Bu, ərazi bütövlüyünün tanınması və kommunikasiyaların açılmasıdır”. Başqa hansı məsələlərdə razılıq əldə etmisiniz? Qarabağı Azərbaycan ərazisi hesab edəcəyik, keçmiş Xankəndi "rəhbərlərini" Bakıda həbsdə saxlayıb, Tavuşdakı kəndləri də verəcəyik?

Bizim yiyəsiz xalqımız, sahibsiz elektoratımız var. 2021-ci ilin seçiciləri indi sahibsiz qalıblar. Lider 680 minlik kütləni rüsvayçılıqla aldadaraq fəlakətə sürüklədi. Digər iki "lider" - Koçaryan və Vanetsyan isə siyasi ictimai proseslərdən uzaqlaşdılar. Onlar ən azı iki ildir ki, seçiciləri ilə ünsiyyət qurmurlar. Bu iki nəfərin məlum qərarlarına, bəlkə də, anlayışla yanaşmaq olar. Çünki bunlar fərdi səviyyədə verilən qərarlardır. Yerdə qalanları tarix mühakimə edəcək, - o gileylənib.
AzVision.az



Teqlər:   Ermənistan   Politoloq  





Xəbər lenti