İrəvan rus məhsullarını rəflərdən yığışdırır

   İrəvan rus məhsullarını rəflərdən yığışdırır
  09 Aprel 2024    Oxunub:982
Ermənistan Rusiya məhsulları ilə bağlı sərt tədbirlər görməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. TASS yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə təmsil olunan hakim “Mülki müqavilə” fraksiyasının üzvü Sisak Qabrielyana bununla bağlı tapşırıq verib. Baş nazir deyib ki, İrəvan Moskvanın davranışlarına cavab olaraq Rusiya süd məhsullarının idxalını qadağan etməyi düşünməlidir.

Paşinyan təhlükəli oynayır | Tatyana Poloskovanın yazısı
“Rusiya süd məhsullarımızı ölkəyə buraxmır. Amma biz onların mallarını idxal edirik. Xahiş edirəm bu məsələni həll edin. Hər gün mağazalara gedəndə görürük ki, erməni məhsulları daha da azalır. Bizə məhsul göndərməyi qadağan edən bazar öz mallarını mağazalarımıza doldurur", - o qeyd edib.

Xatırladaq ki, 2023-cü ilin aprelində "Rosselxoznadzor" Ermənistan baytarlıq xidmətindən Rusiya istehlakçıları üçün məhsulların təhlükəsizliyinə zəmanət verə bilmədiyi üçün bu ölkəyə süd məhsullarının tədarükünü müvəqqəti dayandırmağı xahiş edib.

AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Süd  





Xəbər lenti