Britaniya xəstəxanalarının tarakan, bit, siçovul dərdi
Nəşr yazıb ki, tibb müəssisələrinin rəhbərləri doğum evlərində, təcili yardım, mamologiya otaqları və mətbəxlərdə rast gəlinən “çağırılmamış qonaqlar”la mübarizə aparmaq üçün milyonlarla funt-sterlinq xərcləmək məcburiyyətindədirlər. Acınacaqlı vəziyyətə gəlmiş xəstəxanaların təmir xərcləri isə rekordlar qırır.
Qeyd edilir ki, Milli Səhiyyə Xidməti xəstələrin təhlükəsizliyini təmin etmək üçün təmir işlərinə vəsait ayrılması ilə bağlı məmurlara dəfələrlə xəbərdarlıq edib. Qurumun məlumatlarına görə, son üç il ərzində zərərvericilərlə bağlı 18 mindən çox yoluxma hadisəsi qeydə alınıb.
AzVision.az
Teqlər: Britaniya