Fransada məscidə silahlı hücum olub

Fransada məscidə silahlı hücum olub
  09 Aprel 2024    Oxunub:1007
Fransada müsəlmanların müqəddəs Ramazan ayının başa çatması ərəfəsində İslam dininə qarşı silahlı təxribat törədilib.
"France Bleu" radiostansiyasının yaydığı məlumata görə, Fransanın şimalındakı Şerburq şəhərində yerləşən məscid naməlum şəxslər tərəfindən atəşə tutulub.

Qeyd edilir ki, insident bazar ertəsi axşam saatlarında baş verib. Polis məscidin fasadında güllə izləri, yaxınlıqda isə gilizlər tapıb.

Xatırladaq ki, 2023-cü ilin noyabrında da bu məscidin hasarına boya ilə müsəlmanlara qarşı ölüm təhdidlərini yazılmışdı.
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti