Revanşistlər delimitasiya ilə bağlı qapalı iclasa buraxılmadılar
Məlumata görə, iclas başlamazdan əvvəl parlamentin spikeri Alen Simonyan bildirib ki, parlamentin reqlamentinə uyğun olaraq, bəzi parlamentarilərin məxfi məlumatlara çıxışının olmasına icazə yoxdur.
Ohanyanla yanaşı, qapalı iclasda deputatlar Levon Koçaryan, Armen Gevorkyan, Aspram Krpeyan, Arman Kazaryan, Mqer Melkonyan, Armen Rustamyan, Mqer Saakyan və Artur Sarkisyanın iştirakına icazə verilməyib. Hakim “Vətəndaş müqaviləsi” partiyasından isə David Karapetyan görüşdə iştirak edə bilməyib.
Bununla yanaşı, iclasdan əvvəl bütün iştirakçıların mobil telefonları yığılıb.
Xatırladaq ki, delimitasiya məsələləri ilə bağlı keçirilən bu iclasa Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan və XİN rəhbəri Ararat Mirzoyan çağırılıb.
AzVision.az
Teqlər: