Gürcüstan və Çin arasında viza rejimi ləğv edilib

Gürcüstan və Çin arasında viza rejimi ləğv edilib
  10 Aprel 2024    Oxunub:1585
Gürcüstan və Xalq Respublikası arasında viza rejimi ləğv olunub.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın XİN rəhbəri İlya Darçiaşvili və Çin səfiri Çou Çianq iki ölkə arasında "Adi pasport sahibləri üçün viza tələblərindən qarşılıqlı azad olunma haqqında" saziş imzalayıblar.

Müqaviləyə əsasən, Gürcüstan vətəndaşları Çində 30 gün vizasız qala biləcəklər. Saziş hər iki ölkədə hüquqi prosedurlar yekunlaşdıqda qüvvəyə minəcək.

Bu addımla əlaqədar Çinin "China Southern Airlines" aviaşirkəti yayda Gürcüstana uçuşların tezliyini artırmağı planlaşdırır. Eləcə də Tbilisi ilə Çinin böyük şəhərləri arasında birbaşa reyslərin açılması da nəzərdə tutulur.

AzVision.az


Teqlər: Gürcüstan   Çin   viza-ləğvi  





Xəbər lenti