Rəisi HƏMAS-ın rəhbərinə başsağlığı verib

Rəisi HƏMAS-ın rəhbərinə başsağlığı verib
  11 Aprel 2024    Oxunub:857
İran prezidenti İbrahim Rəisi HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə əlaqə saxlayıb. Qəzza zolağında 3 oğlunun və nəvələrinin həlak olması ilə bağlı ona başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. O baş verən bu hadisədən kədərləndiyini bildirib.

Qeyd edək ki, İsrailin Qəzza zolağının şimal-şərqindəki qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində HƏMAS lideri İsmayıl Haniyənin üç oğlu və bir neçə nəvəsi həlak olub. İsmayıl Haniyə müharibə başlayandan bəri ən azı 60 ailə üzvünü itirib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: İsrail   Həmas   İran  





Xəbər lenti