Slovakiya Aİ-nin Miqrasiya paktını rədd edib

   Slovakiya Aİ-nin Miqrasiya paktını rədd edib
  11 Aprel 2024    Oxunub:919
“Slovakiya Avropa İttifaqının Miqrasiya paktını rədd edir”.
Bunu ölkənin xarici və avropa işləri naziri Yuray Blanar deyib. Blanar vurğulayıb ki, ölkə icmaya daxil olmuş qeyri-qanuni qaçqınların dövlətlər arasında bölüşdürülməsi üçün məcburi mexanizmdən imtina edir.

Nazirin sözlərinə görə, Aİ ölkələri qaçqınlara necə kömək edə biləcəklərini müstəqil şəkildə müəyyən etməlidir. Bratislava həmçinin, icma dövlətləri üçün miqrantları qəbul etməkdən imtina etdiklərinə görə maliyyə kompensasiyası ödəmək öhdəliyinin tətbiqinə qarşıdır.

“Bu islahatın qəbulu milli maraqların müdafiəsi ilə bağlı əsas sahələrdə veto hüququnun qorunub saxlanmasının zəruriliyini əyani şəkildə nümayiş etdirdi”.


AzVision.az


Teqlər:





Xəbər lenti