İsrail "Hizbullah" obyektini bombalayıb

İsrail "Hizbullah" obyektini bombalayıb
  11 Aprel 2024    Oxunub:890
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah" terror təşkilatına məxsus qərargaha zərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail qırıcılarının hücumu Dahirə və Teyr Hərfa kəndlərinə tuşlanıb.

Dağıntı və itki barədə təfərrüat açıqlanmayıb.

Ötən il oktyabrın 7-də İsrail-HƏMAS müharibəsi başlayandan bəri Livanla sərhəddə İsrail və "Hizbullah" arasında da mütəmadi toqquşmalar meydana gəlir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Hizbullah   Livan  





Xəbər lenti