Mişel: "Ukraynaya yardım öz təhlükəsizliyimizin təminatıdır"

      Mişel:    "Ukraynaya yardım öz təhlükəsizliyimizin təminatıdır"
  11 Aprel 2024    Oxunub:1432
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Aİ-nin Ukraynaya hərbi dəstək verməklə öz təhlükəsizliyini təminat altına aldığını dilə gətirib.
AzVision.az xəbər verir ki, o, bu sözləri Romada İtaliya Baş naziri Corca Meloni ilə görüşünün yekununda mətbuat konfransı verərkən deyib.

"Rusiya-Ukrayna müharibəsi həm Aİ-də daxili birliyi, həm də NATO-nun nüfuz dairəsini artırıb. Avropa İttifaqı müdafiə üzrə əməkdaşlıqda xeyli irəliləyiş göstərib. Rusiya dünya üçün potensial təhlükədir. Ona görə də Ukraynanı hərbi cəhətdən dəstəkləməklə öz təhlükəsizliyimizi zəmanətdə saxlayırıq", - o vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avropa-İttifaqı   Ukrayna  





Xəbər lenti