Aİ rəsmisi: Regionda sülhün vaxtı çatıb

      Aİ rəsmisi:    Regionda sülhün vaxtı çatıb
  13 Aprel 2024    Oxunub:1180
Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb.
Bunu Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronk sosial şəbəkədə yazıb. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə “cari çağırışlar üzrə ekskursa görə” təşəkkürünü bildirən Pronk Aİ-nin əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu diqqətə çatdırıb:

“Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb. Aİ əməkdaşlığı dərinləşdirməyə və sülh səylərini dəstəkləməyə davam etməyə hazırdır”.

Xatırladaq ki, Hikmət Hacıyev Aİ-yə üzv dövlətlərin daimi nümayəndələri/səfirləri səviyyəsində təmsil olunan Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsi ilə müzakirədə iştirak edib. Görüş iştirakçıları arasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov da yer alıb.


AzVision.az


Teqlər:





Xəbər lenti