Almaniyada terror təhlükəsi səviyyəsi yüksəlib

Almaniyada terror təhlükəsi səviyyəsi yüksəlib
  13 Aprel 2024    Oxunub:1208
Almaniyada bu həftənin əvvəlində ölkədə terror təhlükəsi səviyyəsinin yüksəldilməsi barədə qərar qəbul edilib. Terrorçular Almaniyada və digər dövlətlərdə hücumlar planlaşdıra bilərlər.
“Artıq bir neçə aydır ki, bütün Avropa döyüş hazırlığı vəziyyətindədir. Təkcə Almaniyada cinayətkarlar artıq üç dəfə (sonuncu dəfə Köln kilsəsində) dəhşətli və qanlı qətliam təşkil etməyə çalışıblar”, - deyə xüsusi xidmət orqanlarının “Bild” nəşrində dərc edilən xəbərdarlığında qeyd olunur.

Almaniyanın daxili işlər naziri Nensi Fezer qadağan olunmuş İŞİD terror təşkilatı tərəfindən təhdid barədə xəbərdarlıq edib. “Almaniyaya qarşı ən ciddi təhlükə onlardan qaynaqlanır”, - deyə federal nazir bildirib.

Fezer Milad bayramı ərzində Kölndə tətbiq olunan sonuncu gücləndirilmiş təhlükəsizlik tədbirlərinin İŞİD terror hücumlarının mümkün təhdidlərindən qorunmağa yönəldiyini açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti